Trampın qızına sui-qəsd planlaşdıran şəxs tutuldu -FOTO
Dünya
Türkiyədə saxlanılan İraq vətəndaşı Məhəmməd Bəkr əl-Səadi İvanka Trampa qarşı sui-qəsd planlaşdırmaqda ittiham olunur.
News24.az xəbər verir ki, onun məqsədi ABŞ tərəfindən öldürülən SEPAH-ın Qüds qanadının komandanı Qasım Süleymaninin qisasını almaq olub.
Məlumatda bildirilib ki, şübhəli şəxsin "X" sosial şəbəkəsində Tramp ailəsinin yaşadığı rayonun xəritəsini ərəb dilində təhdid mesajları ilə birlikdə paylaşıb. Postlarının birində bu sözləri yazıb: “Hazırda biz izləmə və təhlil mərhələsindəyik. Sizə demişdim, qisasımız sadəcə zaman məsələsidir”.
ABŞ Ədliyyə Nazirliyi isə əl-Səadinin İrana bağlı strukturlarla əlaqəli olduğunu, Amerika və yəhudi hədəflərinə qarşı müxtəlif hücum planlarında iştirak etdiyini açıqlayıb.
Məhəmməd Bəkr əl-Səadi Türkiyədə saxlanıldıqdan sonra ABŞ-yə ekstradisiya edilib.