Tramp Ankaraya narazı getdi

Tramp Ankaraya narazı getdi Dünya

ABŞ Prezidenti Donald Tramp NATO-nun bugünkü sammitinə narazı əhvalla yollanıb.

News24.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Buna səbəb Trampın tədbirin problemsiz keçəcəyindən əmin olmamasıdır.

Mənbələrin sözlərinə görə, Trampın əhvalının pis olması sammitin gedişi ilə bağlı narahatlıq yaradır.

Bildirilib ki, o, qapalı görüşlərdə NATO müttəfiqlərinin ABŞ-yə kifayət qədər dəstək verməməsindən narazılığını sərt şəkildə dilə gətirib.

Bu mövqe onun ictimai çıxışlarında da öz əksini tapıb.

Məlumata görə, Avropa liderləri Trampın narazılığını yumşaltmaq üçün müdafiə sahəsində yeni öhdəliklər götürməyi planlaşdırırlar və sammitin ciddi qarşıdurma olmadan başa çatacağına ümid edirlər.

Qeyd edək ki, NATO-nun növbəti sammiti iyulun 7–8-də Ankarada keçiriləcək.

Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir.

Onun ölkəsinə Rusiya ilə müharibə fonunda əlavə dəstək almağa çalışacağı bildirilir.