Tramp atəşkəsi yenidən uzatdı? – Yeni tarix verildi

Tramp atəşkəsi yenidən uzatdı? – Yeni tarix verildi Dünya

ABŞ İsrailə Prezident Donald Trampın İranda atəşkəsi 26 aprelə qədər uzatdığı barədə məlumat verib.

News24.az xəbər verir ki, bu barədə "Ynet" portalı İsrail mənbəyinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, İsrail tərəflərin 26 aprelə qədər razılığa gələ biləcəyini ehtimal etmir. Tramp rəsmi olaraq yeni atəşkəs müddətini elan etməyib. Mənbə qeyd edir ki, ABŞ media orqanları əvvəllər atəşkəsin müddəti ilə bağlı ziddiyyətli məlumatlar dərc edib, əvvəlcə heç bir müddət göstərilməyib, daha sonra isə fərqli müddətlər göstərilib. (Teleqraf)