Tramp: Avropa diri-diri yeyilir
Dünya
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin ciddi problemlərlə üzləşdiyini bildirib.
News24.az xəbər verir ki, Tramp bu barədə Texasda tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
O, Avropadakı vəziyyətin çox mürəkkəb olduğunu deyərək, region ölkələrinin “diri-diri yeyildiyini” söyləyib.
“Baxın, Avropada nələr baş verir. Onlar diri-diri yeyilir”, - deyə Tramp bildirib.