Tramp bu ölkəni ABŞ-ın 51-ci ştatı elan etdi
Dünya
ABŞ Prezidenti Donald Tramp Venesuelanın gələcəkdə ABŞ-ın 51-ci ştatına çevrilə biləcəyini istisna etməyib.
News24.az xəbər verir ki, o, bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçki kampaniyası zamanı danışıb.
Məlumata görə, Tramp ABŞ-ın Venesuela ilə əldə etdiyi neft razılaşmasını müsbət qiymətləndirib. O, çıxışı zamanı bir milyon barel neft daşıdığını iddia etdiyi tankeri də nümayiş etdirib.
“Venesuela çiçəklənən bir ölkəyə çevriləcək. Kim bilir, bəlkə də tezliklə çiçəklənən 51-ci ştata çevriləcək. Bu mümkündür”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Venesuelanın müvəqqəti hökuməti ilə əldə olunan razılaşma milyardlarla barel neftin tədarükünü əhatə edə bilər.