Tramp bu məkana adını vermək istəyir
Dünya
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikilməsi planlaşdırılan yeni stadionun onun adını daşımasını istəyir.
News24.az xəbər verir ki, məlumatı “ESPN” telekanalı adını açıqlamadığı mənbələrə istinadən yayıb.
37 milyard dollarlıq layihə şəhərin şərq hissəsində, hazırda Robert Kennedi adına olan stadionun yerində inşa ediləcək. İdman arenası qapalı olacaq. Planlara görə, arena 2030-cu ildə açılacaq və Milli Futbol Liqasının “Washington Commanders” komandası üçün əsas ev stadionu olacaq.