Tramp bu müharibəni bitirmək istədiyini açıqladı
Dünya
ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə daha bir silahlı münaqişəni həll etmək niyyətində olduğunu bildirib.
News24.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada danışıb.
Onun sözlərinə görə, artıq səkkiz müharibə həll olunub və daha biri "yol üzərindədir". Bununla o, adətən Ukrayna münaqişəsini nəzərdə tutur, amma bu dəfə konkret bir müharibənin adını çəkməyib.