Tramp canlı yayımı tərk etdi - Müsahibə yarımçıq qaldı

Tramp canlı yayımı tərk etdi - Müsahibə yarımçıq qaldı Dünya

ABŞ Prezidenti Donald Tramp “NBC” telekanalına verdiyi müsahibəni yarınçıq dayandırıb.

News24.az xəbər verir ki, ki, buna səbəb ABŞ liderinin aparıcı ilə mübahisəsi olub.

“Ciddi sübutlar yalnız seçkilərin saxtalaşdırıldığını göstərir. Bunlar çirkli seçkilər idi. Bu, indi də Kaliforniyada baş verir”, – deyə ABŞ prezidenti bildirib.

Telekanalın jurnalisti ondan bu iddiaları təsdiqləyən hər hansı sübutun olub-olmadığını soruşub.

“Etməli olduğum yeganə şey baxmaq və dinləməkdir”, – deyə Tramp cavab verib.

“Seçkilərin saxtalaşdırıldığını siz də bilirsiniz. Sizin telekanalınız da bunu bilir... İndiyədək olduğundan daha çox sübut təqdim olunub. Gəlin, bu ölkədəki seçkilərdən danışaq. Biz üçüncü dünya ölkəsi kimiyik. Sizin seçkiləriniz ədalətli deyil, siz də, “Meet the Press” (NBC telekanalında yayımlanan veriliş) də dürüst deyil. Eləcə də, “ABC News”, “CBS News” və CNN — bunlar qərəzli və qeyri-obyektiv telekanallardır”, – deyə o, əlavə edib.

Bundan sonra Tramp müsahibənin başa çatdırılmasını istəyib. Jurnalist ABŞ prezidentindən söhbəti davam etdirməsini xahiş etsə də, Tramp qərarını dəyişməyib.