Tramp cənnətə düşmək üçün ianə toplayır

Tramp cənnətə düşmək üçün ianə toplayır Dünya

ABŞ Prezidenti Donald Tramp “Cənnətə düşmək istəyirəm” adlı kampaniyaya başlayır.

News24.az xəbər verir ki, Tramp tərəfdarlarından 15 dollar ianə toplayır.

ABŞ Prezidenti sui-qəsd cəhdindən sağ qaldığı üçün Allahın lütfünə inandığını vurğulayıb.

Həmçinin o, prezidentliyini “vəzifə çağırışı” kimi xarakterizə edir.

Trampın tərəfdarlarına göndərdiyi elektron məktublarda dini ritorika da diqqət çəkib. Tramp yazıb: "Keçən il o güllə dərimi deşərkən ölümün millimetrinə yaxınlaşdım. Ağ Evə qalibiyyətlə qayıtmağım heç vaxt baş verməməli idi. İnanıram ki, Tanrı məni bir səbəbə görə xilas etdi: Amerikanı yenidən böyük etmək üçün!"