Tramp Çinə yola düşdü

Tramp Çinə yola düşdü Dünya

ABŞ Prezidenti Donald Tramp Çinə səfərə yola düşüb.

News24.az xəbər verir ki, onu səfər zamanı Dövlət katibi Marko Rubio, müdafiə katibi Pit Heqset, maliyyə naziri Skott Bessent və digər dövlət rəsmiləri müşayiət edirlər.

Prezident Tramp səfər zamanı Tayvan və Çinin İranla münasibətləri mövzularında danışıqlar aparacaq. 14 və 15 mayda Pekində o, Çin lideri Si Szinpinlə görüşəcək.

Qeyd edək ki, bu, Trampın prezident kimi Çinə ikinci səfəri olacaq və sonuncu dəfə o, 2017-ci ildə Çinə səfər edib. (axar.az)