Tramp Çini qanunsuz məlumat əldə etməkdə ittiham etdi

Tramp Çini  qanunsuz məlumat əldə etməkdə ittiham etdi Dünya

ABŞ Prezidenti Donald Tramp Çini 220 milyon amerikalı seçicinin məlumatlarını qanunsuz əldə etməkdə ittiham edib.

News24.az-ın məlumatına görə, Tramp xalqa müraciəti zamanı bildirib ki, məxfiliyi qorunmayan kəşfiyyat materialları ABŞ seçki sistemində ciddi təhlükəsizlik boşluqları və xarici müdaxilə cəhdləri yaradır.

Onun sözlərinə görə, Çin 2020-ci il seçkiləri ərəfəsində seçki prosesinə təsir göstərməyə çalışıb və ABŞ seçicilərinə aid məlumatları əldə edib. Tramp həmçinin seçki sisteminin kifayət qədər qorunmadığını iddia edərək, seçki təhlükəsizliyinin gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin qəbuluna çağırıb.