Tramp dəfn mərasimində yatdı - Foto
Dünya
ABŞ prezidenti Donald Tramp senator Lindsi Qremin dəfn mərasimində iştirak edib.
News24.az xəbər verir ki, mərasim zamanı o, nanəli konfetlər paylayıb və daha sonra yuxuya gedib.
Siyasətçi ilə vida mərasimində Tramp onunla uzun illər davam edən dostluğundan bəhs edən emosional çıxış edib.
Lakin yerinə qayıtdıqdan az sonra mürgüləməyə başlayıb.
Yayımlanan kadrlarda prezidentin əvvəlcə daha yavaş göz qırpdığı, daha sonra isə bir müddət gözlərini yumduğu qeyd edilib.