Tramp "doğum turizmi" ilə mübarizəyə başladı

Tramp "doğum turizmi" ilə mübarizəyə başladı Dünya

ABŞ-də "doğum turizmi"inin qarşısı alınır.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.

"İndi insanlar bunun ətrafında biznes qurublar. Varlı şəxslər doğumla vətəndaşlıq hüququ üzərində biznes qururlar. Bu, belə işləməməlidir", – deyə Tramp fərmanın imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, yüz minlərlə insan ABŞ vətəndaşlığını bu üsulla əldə edib.

"Ali Məhkəmə doğumla vətəndaşlıq hüququ məsələsində çox uğursuz qərar qəbul etdi. Buna görə də düzəlişlər edirik, çünki bu, çox ədalətsizdir", – deyə Tramp qeyd edib.

Xatırladaq ki, 30 iyun tarixində ABŞ Ali Məhkəməsi Trampın doğumla avtomatik ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdıran fərmanını qanunsuz hesab etmişdi.

Doğumla vətəndaşlıq hüququ ABŞ Konstitusiyasına 1868-ci ildə əlavə edilmiş 14-cü düzəlişin birinci bölməsində təsbit olunub.