Tramp fərman imzalayarkən mürgülədi - Video

Tramp fərman imzalayarkən mürgülədi - Video Dünya

ABŞ Prezidenti Donald Tramp uşaqlar üçün milli peyvənd təqviminin ixtisarını nəzərdə tutan sənədin imzalanması mərasimində yuxulayıb.

News24.az xəbər verir ki, Oval kabinetdən yayımlanan canlı görüntülərdə dövlət başçısının Milli Sağlamlıq İnstitutlarının direktoru Cey Bhattaçaryanın çıxışı zamanı gözlərini yumduğu və bir müddət hərəkətsiz qaldığı görünür.

Rəsmi mətbuat xidmətinin operatoru görüntünü bir neçə saniyə yaxın planda saxladıqdan sonra kadr dəyişdirilib.

Trampın mürgüləməsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Amerikalılar onun illər əvvəl keçmiş prezident Co Baydeni ictimai tədbirlərdə yorğun göründüyünə görə “Yuxulu Co” adlandırmasını da xatırladıblar.

Ağ Ev isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Trampın imzaladığı sənədlə məktəblilər üçün məcburi peyvəndlə bağlı bir sıra federal tələblər aradan qaldırılır.

Həmçinin uşaqlar üçün tövsiyə olunan peyvəndlərin sayının 18-dən 11-ə endirilməsini nəzərdə tutan yeni yanaşma tətbiq olunur.

Tramp uşaqların peyvənd olunmasını autizmin inkişafı ilə bağlı mümkün risklə əlaqələndirib.