Tramp Fransaya gedəcək – SƏBƏB

Tramp Fransaya gedəcək – SƏBƏB Dünya

ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında açıqlama yayıb.

Tramp qeyd edib ki, səfərdən əvvəl iyunun 14-də Ağ Evdə təşkil olunacaq UFC döyüşünü izləyəcək. Onun sözlərinə görə, Fransaya səfəri də məhz həmin tədbirdən sonra baş tutacaq.

Xatırladaq ki, G7 ölkələrinin liderlərinin bu ayın sonlarında bir araya gəlməsi planlaşdırılır.