Tramp həmin qəzaya reaksiya verdi
Dünya
Hörmüz boğazı yaxınlığında baş verən vertolyot qəzasında heç bir amerikalı hərbçi xəsarət almayıb.
News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "ABC News"a verdiyi məlumatda bildirib.
Onun sözlərinə görə, pilotlar yaxşıdır.
Siyasətçi əlavə edib ki, iyunun 10-da Amerika hakimiyyəti sözügedən təyyarə qəzası ilə bağlı hesabat dərc edəcək.
Qeyd edək ki, 9 iyun səhəri "The New York Times" qəzeti mənbələrə istinadən Amerikanın "AH-64 Apache" hücum vertolyotunun Hörmüz boğazında qəzaya uğradığını bildirib. Mənbələrdən biri qəzetə bildirib ki, müstəntiqlər "Apache"nin İran qüvvələri tərəfindən vurulub-vurulmadığını, yoxsa qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini müəyyən edirlər.