"Tramp Hörmüz boğazını yazdığı "tvit"lə ələ keçirə bilməz"
Dünya
Hörmüz boğazının bağlanıb-bağlanmayacağına və ya açılıb-açılmayacağına yalnız Tehran qərar verə bilər.
News24.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun bu strateji əhəmiyyətli su yolunu ABŞ ərazisi elan etmək niyyətində olduğu barədə açıqlamasına belə reaksiya verib. Qəribabadi “X” sosial şəbəkəsində yazıb ki, boğaz Trampın yazdığı “tvit”lə, təyyarədaşıyan gəmi, əmr və ya seçkiqabağı çıxışla ələ keçirilə bilməz.
O, İranın təhdidlərdən və güc nümayişindən qorxmadığını vurğulayıb.
“Boğaz İranın olub və olaraq qalır”, - deyə İranlı diplomat qeyd edib.
Onun sözlərinə görə, Tehran Vaşinqton özünün strateji və ağır məğlubiyyətlərini qəbul edənə qədər su yolunun blokadasını davam etdirəcək.