Tramp imzaladı: - Bu vergi 50% artırıldı
Dünya
ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq edilən gömrük rüsumu ilə bağlı fərman imzalayıb.
News24.az xəbər verir ki, fərmanda ABŞ-ın polad, alüminium idxalının ölkənin milli təhlükəsizliyini təhdid edəcək miqdarda və şəraitdə olduğu bildirilir.
Eyni zamanda, polad və alüminiuma 25 faizlik vergi tətbiq edildiyi xatırladılıb və bu nisbətin "bəzi irəliləyişlər gətirdiyi, lakin sektorun istehsal güclərini davamlı səviyyədə istifadə etməsini təmin etmədiyi" iddia edilib.
Bu səbəbdən polad və alüminium məmulatları və törəmələri üçün gömrük rüsumunun 25%-dən 50%-ə qaldırıldığı, tariflərin iyunun 4-də yerli vaxtla saat 00.01-dən qüvvəyə minəcəyi də bildirilib.
Günel Məlikzadə