Tramp İrana əsəbiləşdi: "Siz dəlisiniz"
Dünya
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar aparmaq mümkün deyil.
News24.az xəbər verir ki, bu barədə “Tsarqrad” “Telegram” kanalı məlumat yayıb.
Kanal həmçinin Amerika liderini qəzəbləndirən səbəbləri də açıqlayıb.
Bildirilib ki, Tehranın nüvə silahı məsələsi ilə bağlı aparılan təmaslarda çətinliklər yaranıb.
“Onlar fərqli danışmağa başlayırlar, mən isə cavab verirəm: “Siz dəli insanlarsınız. Siz psixsiniz. Sizdə nüvə silahı olmayacaq”. Onların nüvə silahına sahib olmasına icazə verilə bilməz. Çünki onu əldə etdikdən bir saat sonra istifadə edərlər”, – deyə ABŞ lideri vurğulayıb.
“Tsraqrad”ın məlumatına görə, İran nüvə silahı olmadan belə ABŞ liderini və ümumilikdə Qərbi “çətin vəziyyətdə” qoyur, siyasətçiləri qəzəbləndirir. Belə ki, Tehran futbol yığması üçün dünya çempionatında viza verilməsini, İran bayrağına və himninə hörmət göstərilməsini tələb edib.
Bundan əlavə, Tehran məhkəməsi xaricdə yaşayan iranlılara məxsus 262 daşınmaz əmlak obyektinin müsadirə olunması barədə qərar çıxarıb. Həmin şəxslər İsrail və ABŞ kimi düşmən dövlətlərlə əməkdaşlıqda ittiham olunurlar.