Tramp İrana qarşı bu şərtləri açıqladı

Tramp İrana qarşı bu şərtləri açıqladı Dünya

ABŞ Prezidenti Donald Tramp İranla bağlı şərtlərini açıqlayıb. 

News24.az həmin şərtləri təqdim edir:

İran rəsmi şəkildə heç vaxt nüvə silahına və ya nüvə bombasına sahib olmayacağı ilə razılaşmalıdır;

Hörmüz boğazı rüsumsuz, məhdudiyyətsiz və hər iki istiqamətdə azad gəmiçilik üçün dərhal açılmalıdır:

Boğazdakı bütün dəniz minaları məhv edilməlidir. İran qalan minaların çıxarılmasını və ya partladılaraq təmizlənməsini başa çatdırmağa borcludur;

 Blokada səbəbindən boğazda saxlanılan gəmilər evlərinə qayıda biləcək;

"B-2" zərbəsindən sonra yer altında qalan zənginləşdirilmiş nüvə materialı ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında çıxarılmalı və tamamilə məhv edilməlidir;

 "Növbəti bildirişə qədər" heç bir pul ödənişi və ya köçürməsi həyata keçirilməyəcək".