Tramp: İranın dəniz blokadası razılaşma əldə olunana qədər qüvvədə qalacaq

Tramp: İranın dəniz blokadası razılaşma əldə olunana qədər qüvvədə qalacaq Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranla razılaşma imzalanana qədər İranın dəniz blokadasını saxlamaq niyyətindədir.

News24.az-ın məlumatına görə, Amerika lideri bunu "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Blokada razılaşma əldə edilənə, təsdiqlənənə və imzalanana qədər tam qüvvədə qalacaq", - Tramp qeyd edib.

O vurğulayıb ki, hər iki tərəf vaxt ayırmalı və hər şeyi düzgün etməlidir.

"Heç bir səhv ola bilməz!" - ABŞ Prezidenti vurğulayıb.