Tramp İranın vurulmasına göstərişi Türkiyədən verib

Tramp İranın vurulmasına göstərişi Türkiyədən verib Dünya

ABŞ Prezidenti Donald Tramp NATO sammiti üçün Türkiyədə olduğu vaxt İrana zərbə endirilməsi planını təsdiqləyib və onun bu gün həyata keçirilməsi barədə göstəriş verib.

News24.az xəbər verir ki, Tramp Ankaraya onunla birlikdə yollanan müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent, eləcə də artıq NATO sammitinin keçirildiyi məkanda olan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və digər rəsmilərlə görüş keçirib.

ABŞ rəsmilərindən biri bildirib ki, zərbələrin nə qədər davam edəcəyi hələlik məlum deyil.

"Zərbələrin nəticələrini qiymətləndirəcəyik və bundan sonra növbəti qərarları qəbul edəcəyik", – deyə amerikalı rəsmi bildirib. /Axios/