Tramp İranla atəşkəs istəmir? - Açıqlama
Dünya
Vaşinqton avqustun 17-də müddəti başa çatan İranla anlaşma memorandumunun uzadılmasına çalışmayacaq.
News24.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Jurnalistlərin razılaşmanın müddətinin uzadılmasının mümkün olub-olmadığı barədə sualına Tramp “Xeyr” cavabını verib.
Qeyd edək ki, memorandum iyunun 17-də üçüncü ölkələrin vasitəçiliyi ilə imzalanıb.
Sənəd 60 günlük atəşkəs, Hörmüz boğazında gəmiçiliyin bərpası və daimi razılaşma üzrə danışıqların aparılmasını nəzərdə tutub.
Lakin artıq iyulun 8-də Tramp atəşkəsi etibarsız elan edib. Bundan sonra ABŞ və İran qarşılıqlı zərbələr endirib, Tehran isə Hörmüz boğazını bağlayıb.