Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqladı
Dünya
İranla müharibə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çata bilər.
News24.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Dallasa yola düşməzdən əvvəl "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.
"Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar daha tab gətirə bilmirlər", - o bildirib.
Trampın sözlərinə görə, İran ABŞ-dəki seçkilərə təsir etməyə cəhd edə bilər.
"Onlar seçkilərə təsir etməyə çalışacaqlar ki, bizdə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək zəif insanlar qrupu yaransın", - o qeyd edib. (Report)