Tramp İsrail və İran arasında razılaşmanın detallarını açıqladı

Tramp İsrail və İran arasında razılaşmanın detallarını açıqladı Dünya

İsrail və İran ən azı növbəti həftə ərzində bir-birinə qarşı əlavə hücumlardan çəkinmək barədə razılığa gəliblər.

News24.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bunu İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Netanyahu ilə çox yaxşı söhbətimiz oldu. İsrailə zərbə endirildi və o da cavab verdi. Mən onu buna görə günahlandıra bilmərəm... Amma indi onlar dayanıblar. Bir-birlərini daha bir həftə və ya daha çox müddətdə rahat qoyacaqlar", - deyə o bildirib.

Eyni zamanda, Amerika lideri tərəflərin İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq bir razılaşma bağlamağa yaxın olduqlarına əminliyini ifadə etdi.