Tramp İsrail və İranın nüvə proqramlarından danışdı

Tramp İsrail və İranın nüvə proqramlarından danışdı Dünya

Vaşinqton İranın nüvə proqramı ilə bağlı kifayət qədər məlumata malikdir və bunun üçün İsrailin məlumatına ehtiyac duymur.

News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

ABŞ prezidenti qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu mövzuda ona ayrıca məlumat verməsə də, ABŞ bölgədə baş verənləri yaxından izləyir.

O bildirib ki, ABŞ İranın nüvə obyektləri ilə bağlı vəziyyətdən tam xəbərdardır və hadisələri öz imkanları ilə izləyir.

Qeyd edək ki, daha əvvəl "New York Post" qəzeti Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı Trampa İranın Nətənz nüvə obyekti yaxınlığındakı fəaliyyətlə bağlı kəşfiyyat məlumatları təqdim edəcəyini yazmışdı.