Tramp Klintonu hədəfə aldı: Ədliyyə Nazirliyindən xahiş edəcək ki…
Dünya
Tramp ABŞ Ədliyyə Nazirliyindən sabiq prezident, demokrat Bill Klintonun qalmaqallı maliyyəçi Epşteynlə əlaqələrinin araşdırılmasını xahiş edəcək.
News24.az xəbər verir ki, Trampın sözlərinə görə, istintaq həmçinin bir sıra iş adamları və milyarderləri də əhatə edəcək.
Onların sırasına ABŞ-ın keçmiş maliyyə naziri və Harvard Universitetinin sabiq rəhbəri Lerri Sammers, sosial şəbəkə “LinkedIn”in həmtəsisçisi, milyarder Rid Hoffman və “JPMorgan Chase” bankı da daxildir.