Tramp Konqresə seçkilərin nəticəsindən narahat deyil
Dünya
ABŞ Prezidenti Donald Tramp Konqresə noyabrda keçiriləcək aralıq seçkilərin nəticələrinin onun siyasi mövqeyinə ciddi təsir göstərməyəcəyinə inanır.
Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp Respublikaçılar Partiyasının Konqresdə çoxluğu itirməsi ehtimalından ciddi narahat deyil və seçkilərin nəticəsindən asılı olmayaraq partiya daxilində güclü dəstəyə malik olacağına əmindir.
Məlumata görə, Tramp 2028-ci il prezident seçkilərində üçüncü dəfə namizəd ola biləcəyinə dair açıqlamalar verməyə davam etsə də, əslində, hazırkı Vitse-prezident Ceyms D.Vensin Respublikaçılar Partiyasının namizədi olmasını dəstəkləyir. Potensial vitse-prezidentliyə namizəd kimi isə dövlət katibi Marko Rubionun adı çəkilir.
ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Səsvermə zamanı Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün tərkibi yenidən seçiləcək.