Tramp: "Mən İran üzərində hərbi qələbə qazandım"

Tramp: "Mən İran üzərində hərbi qələbə qazandım" Dünya

Vaşinqton İranla münaqişədə qarşısına qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olub.

News24.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Düşünürəm ki, onlar bizim istədiklərimizin demək olar, hamısı ilə razılaşıblar", – deyə Tramp vurğulayıb.

O bildirib ki, Tehranla danışıqlar davam edir və hərbi münaqişə İranın nüvə silahı məsələsinin həllinə gətirib çıxarıb.

Trampın sözlərinə görə, təxminən dörd ay davam edən münaqişə nisbətən qısa müddət olub və bu müddətdə ABŞ ordusu qarşıya qoyulan məqsədlərə çatıb.

"Mən nəyə nail oldum? Mən onlar üzərində hərbi qələbə qazandım", – deyə ABŞ lideri bildirib.