Tramp münaqişəni Zelenskisiz həll etmək istəyir, Kreml razılaşmır
Dünya
“Ukrayna münaqişəsinin nizamlanması bu ölkənin hakimiyyət nümayəndələrinin iştirakı olmadan mümkün deyil”.
News24.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın açıqlamasını şərh edərkən deyib.
“Kiyevin hər hansı nümayəndəsinin iştirakı olmadan Ukrayna məsələsini tam həll etmək mümkün deyil. Buna görə də Kiyevdə kimsə nizamlanma ilə bağlı məsuliyyətli qərar qəbul etməlidir. Bu, mütləq şərtdir”.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı olmadan da münaqişənin nizamlanmasının mümkün olduğunu bildirmişdi.
“Tərəflər bu və ya digər yolla həll yolunu tapacaqlar. Lakin bu, Zelenskinin iştirakı olmadan baş verəcək, çünki o, bunu istəmir”, – deyə Ağ Evin rəhbəri qeyd etmişdi.