Tramp Netanyahuya əsəbiləşdiyini təsdiqlədi
Dünya
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahuya “dəli olub” mənasında kobud ifadə işlətdiyi təsdiqləyib.
News24.az xəbər verir ki, bu barədə Tramp “Pod Force One”-a verdiyi müsahibəsində deyib.
Bununla belə, o vurğulayıb ki, onların əməkdaşlığı yaxşıdır.
“Onun Livanla davamlı şəkildə döyüşməsindən bir qədər narahat idim”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, bu hücumlar ABŞ-İran sülh danışıqlarını təhlükə altına salır. Çünki Tehran bildirib ki, İranla sazişin əldə olunması, Hörmüz boğazının yenidən açılması və daha sonra İranın nüvə proqramının ləğvi ilə bağlı razılığa gəlmək üçün əvvəlcə İsrailin “Hizbullah”a qarşı hücumları dayandırılmalıdır.
“Biz çox yaxşı işləyirik. Mən Bibini (Netanyahunu) çox sevirəm. Onunla çox yaxşı əməkdaşlıq edirəm”, – deyə Tramp atəşin dayandırılmasını tələb etdiyi əsəbi çıxışını təsdiqlədikdən sonra bildirib.
“Mən müharibə dövrünün prezidentiyəm, o isə müharibə dövrünün baş naziridir”, – deyə ABŞ lideri qeyd edib.
Prezident bildirib ki, bu münaqişənin daha geniş sülh prosesini poza biləcəyindən narahat olsa da, yaxın zamanda razılaşmanın əldə olunacağına inanır.
“Düşünürəm ki, biz kifayət qədər tez bir zamanda saziş əldə edəcəyik”, – deyə Tramp vurğulayıb. / The New York Post/