Tramp oğlunun toyuna GETMƏYƏCƏK

Tramp oğlunun toyuna GETMƏYƏCƏK Dünya

ABŞ prezidenti Donald Trampın oğlu rəsmi nikaha daxil olub.

News24.az xəbər verir ki, oğul Trampla Bettina Andersonun nikahı ABŞ-nin Florida ştatının Palm Biç şəhərində qeydə alınıb.

Nikah mərasimini Tramp ailəsinin vəkili Bred Makferson idarə edib.

Mənbələrin bildirdiyinə görə, cütlük toyu Bahamda yerləşən şəxsi adada keçirməyi planlaşdırır. Mərasim 50 nəfərlik qonaqlar - yaxın dostlar və qohumların iştirakı ilə qapalı şəkildə keçiriləcək.

ABŞ prezidenti Donald Trampın isə toyda iştirak etməyəcəyi bildirilir. Ağ Ev rəhbəri daha əvvəl mərasimə qatılmağa çalışacağını bildirsə də, hazırda İranla bağlı vəziyyət də daxil olmaqla, beynəlxalq gündəmdəki gərginlik fonunda bunun "ən doğru zaman olmadığını" deyib. Amma bununla yanaşı o, toya gəlməyə çalışacağını qeyd edib. /Page Six/