Tramp oğlunun toyunda iştirak etməyəcək – SƏBƏB

Tramp oğlunun toyunda iştirak etməyəcək – SƏBƏB Dünya

ABŞ Prezidenti Donald Tramp oğlu Donald Tramp Jr.-in toy mərasimində iştirak etməyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

Prezident qeyd edib ki, Donald Tramp Jr. və onun gələcək həyat yoldaşı Bettina Andersonla birlikdə olmaq istəsə də, hökumət işləri buna mane olur:

“Mən çox istərdim ki, oğlum Don Jr. və Tramp ailəsinin yeni üzvü olacaq Bettina ilə birlikdə olum, amma hökumətlə bağlı vəziyyət və ABŞ-yə sevgim buna imkan vermir”.

Tramp bildirib ki, hazırkı dönəmdə Vaşinqtonda, Ağ Evdə qalması daha vacibdir.

Qeyd edək ki, toy mərasimi bu həftəsonu Baham adalar qrupunda yerləşən kiçik bir adada keçiriləcək. (Reuters)