Tramp onkoloji müayinədən keçdi

Tramp onkoloji müayinədən keçdi Dünya

ABŞ Prezidenti Donald Trampın şəxsi həkimi Şon Barbabella 79 yaşlı ölkə liderinin sağlamlıq vəziyyəti ilə bağlı hesabat yayımlayıb.

News24.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, prezident əla fiziki formadadır və Ali Baş Komandan vəzifələrini yerinə yetirməyə tam hazırdır.

Tramp özü də çərşənbə axşamı xəstəxanaya səfərindən sonra müayinənin nəticələrinin ideal olduğunu bildirib.

Qeyd edək ki, tibbi müayinə Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində keçirilib. Yoxlama zamanı 22 mütəxəssisdən ibarət komanda prezidenti kompüter tomoqrafiyası, ürək müayinəsi və onkoloji xəstəliklərlə bağlı planlı müayinələrdən keçirib.

Həkimlər pasiyentin koqnitiv və fiziki göstəricilərinin əla olduğunu qeyd etsələr də, çəkinin azaldılması məqsədilə pəhrizin korreksiyası və fiziki aktivliyin artırılması ilə bağlı standart tövsiyələr veriblər.

Ötən ildən bu yana Tramp 6 kiloqram çəki artırıb və hazırda 108 kilodur.

Bİr sözlə, mütəxəssislər prezident vəzifələrinin icrasına mane ola biləcək hər hansı patologiya aşkar etməyiblər.

Sağlamlıq hesabatının dərc edilməsi seçkilər ərəfəsində xüsusi əhəmiyyət daşıyır, çünki namizədin yaşı tez-tez siyasi müzakirələrin mövzusu olur.

Müntəzəm tibbi müayinələrin nəticələrinin açıqlanması ABŞ liderinin ölkəni idarə etmək iqtidarını seçicilərə nümayiş etdirməyə xidmət edir. Trampın səhhəti ilə bağlı əvvəlki bəyanatları onun tibbi komandası tərəfindən rəsmi şəkildə təsdiqlənib.