Tramp onları "axmaq" adlandırdı

Tramp onları "axmaq" adlandırdı Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İrana dəstək göstərməsi ilə bağlı iddialara şübhə ilə yanaşdığını bildirib.

News24.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

Amerika liderinin sözlərinə görə, bəzi şəxslər Moskva və Pekinin Tehrana yardım etdiyini iddia etsələr də, o, bu fikirlə razı deyil.

“Radikal solçu axmaqların və dəlilərin Çin və Rusiyanın "gözəl" İrana kömək etməsi ilə bağlı çoxlu şərhləri var. Əgər bu doğrudursa, bu, çox azdır. Amma inanmıram ki, hər hansı kömək var”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, sentyabrın sonlarında Tramp ABŞ, Rusiya və Çin arasında silahlara nəzarət məsələləri üzrə üçtərəfli danışıqların keçirilməsini təklif edib. Rusiya Prezidenti Vladimir Putin isə üç ölkə liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində mümkün görüşünün Si Cinpinin tədbirdə iştirakından asılı ola biləcəyini bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında tərəflər münaqişənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası məqsədilə müvəqqəti saziş imzalayıblar. Lakin sonradan əldə olunan razılaşma qüvvədən düşüb.