Tramp Polşada ABŞ hərbi bazasının yerləşdiriləcəyini açıqladı

Tramp Polşada ABŞ hərbi bazasının yerləşdiriləcəyini açıqladı Dünya

ABŞ Prezidenti Donald Tramp Polşada daimi Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu bildirib.

News24.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, məsələ ilə bağlı “buna baxırıq və bu, baş verə bilər” deyə açıqlama verib.

Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotski daha əvvəl belə bir bazanın yaradılacağı təqdirdə onun “Fort Tramp” adlandırılmasını təklif edib. ABŞ və Polşanın daimi hərbi baza ilə bağlı danışıqlarında irəliləyiş olduğu daha əvvəl də bildirilmişdi.