Tramp Putini Budapeştə çağırdı: "Əgər görüş reallaşarsa…"
Dünya
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Rusiya lideri Vladimir Putinlə görüş reallaşarsa, sammitin Macarıstan paytaxtı Budapeştdə keçirilməsini istərdi.
News24.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Vaşinqtonda Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı danışıb.
Tramp Macarıstanla münasibətlərini yüksək qiymətləndirərək bu ölkəni “Avropada ağıl və gücün səsi” kimi xarakterizə edib. Siyasi analitiklərin fikrincə, Trampın bu açıqlaması onun Viktor Orbanla sıx münasibətlərini bir daha ön plana çıxarır və ABŞ-nin xarici siyasət kursunda dəyişikliklərə işarə kimi dəyərləndirilir.