Tramp Putinlə telefon danışığı planlaşdırdığını bildirdi
Dünya
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının planlaşdırıldığını təsdiqləyib.
News24.az "C-Span"a istinadən xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə jurnalistlərə bildirib.
O, danışığın nə vaxt baş tutacağını dəqiqləşdirməyib.
ABŞ lideri həmçinin xatırladıb ki, 8 müharibəni həll edib və daha birinin həlli artıq yoldadır.