Tramp Rusiya-Ukrayna arasında yeni razılaşmanı açıqladı

Tramp Rusiya-Ukrayna arasında yeni razılaşmanı açıqladı Dünya

Ukrayna Rusiyanın enerji obyektlərinə hücum etməyəcək.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, Ukrayna bu barədə razılıq verib və Rusiya da eyni qaydada Ukraynada olan enerji infrastrukturuna hücum etməməyi öhdəsinə götürüb.

“Dünyada dizel qiymətlərinin artımı əsasən Rusiya-Ukrayna müharibəsinə görədir, İrana görə yox”, - ABŞ Prezidenti qeyd edib.