Tramp seçkilərədək İranla müharibənin kəskinləşməsini istəmir

Tramp seçkilərədək İranla müharibənin kəskinləşməsini istəmir Dünya

ABŞ Prezidenti Donald Trampın müşavirləri, o cümlədən vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərinədək İranla müharibənin daha da gərginləşməsinə yol verməməyin tərəfdarıdırlar.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, administrasiya respublikaçıların ehtimal olunan seçki itkilərini minimuma endirməyə ümid edir. Lakin ABŞ və İranın qarşılıqlı zərbələri bərpa etməsi fonunda bu strategiya çətinliklərlə üzləşir.

Hələlik Vaşinqton sanksiyalara, iqtisadi təzyiqə və Hörmüz boğazı zonasındakı blokadaya əsas üstünlük vermək niyyətindədir. Məqsəd gələcəkdə danışıqlar olacağı təqdirdə Tehranı güzəştlərə getməyə məcbur etməkdir.

Hərbi əməliyyatlarda ehtimal olunan fasilə həm də ABŞ silahlı qüvvələrinə əhəmiyyətli dərəcədə tükənmiş sursat ehtiyatlarını bərpa etməyə imkan verəcək.

Seçkilərdən sonra administrasiya İrana qarşı daha güclü hərbi zərbələrin vurulması imkanını nəzərdən keçirə bilər.

Bununla belə, hələlik son qərar yoxdur və tammiqyaslı müharibəyə qayıdış qaçılmaz hesab edilmir.