Tramp səhhəti ilə bağlı sual verən jurnalisti təhqir etdi

Tramp səhhəti ilə bağlı sual verən jurnalisti təhqir etdi Dünya

ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı sual verən “Reuters” agentliyinin jurnalistini təhqir edib.

News24.az xəbər verir ki, jurnalist Trampdan sağlamlığı və Kanzas ştatına səfərini ləğv etməsi barədə soruşub.

Prezident isə cavabında müxbiri pis görünməkdə ittiham edib və ona özünə fikir verməyi tövsiyə edib.

Tramp bildirib ki, jurnalist iki həftədir onu müşayiət edir və bu müddətdə onun özünü yaxşı hiss etdiyini görə bilər.

Qeyd edək ki, Tramp daha əvvəl özünü qoca hesab etmədiyini və üç dəfə idrak testindən uğurla keçdiyini açıqlamışdı.