Tramp təsdiqlədi: Həsən edam ediləcək

Tramp təsdiqlədi: Həsən edam ediləcək Dünya

ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Texasdakı Fort Hud hərbi bazasında 13 nəfəri öldürən və 32 nəfəri yaralayan keçmiş amerikalı hərbçi Nidal Həsənin edamını təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell məlumat verib. Onun sözlərinə görə, ABŞ müdafiə naziri Pit Heqset Həsənin ABŞ Ordusunun güllələnmə dəstəsi tərəfindən edam edilməsini tövsiyə edib və Tramp bu qərarı təsdiqləyib.

Nidal Həsən 2009-cu il noyabrın 5-də Fort Hud bazasında hərbçilərə atəş açıb. Nəticədə 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Həsən 2013-cü ildə hərbi məhkəmə tərəfindən 13-cü - qəsdən adamöldürmə və 32 -ci - adamöldürməyə cəhd maddəsi üzrə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Pentaqonun məlumatına görə, edamın vaxtı və yeri ABŞ Ordusunun katibi tərəfindən müəyyən ediləcək. Edam baş tutarsa, bu, ABŞ ordusunda 1961-ci ildən bəri həyata keçirilən ilk edam olacaq.