Tramp Tom Barraka yeni vəzifə verdi

Tramp Tom Barraka yeni vəzifə verdi Dünya

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Tom Barrakın Suriya və İraq üzrə xüsusi prezident nümayəndəsi təyin olunacağını açıqlayıb.

News24.az-ın məlumatına görə, Tom Barrak yeni vəzifəsi ilə yanaşı, Türkiyədə səfir kimi fəaliyyətini də davam etdirəcək. O, bu səlahiyyətləri ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirəcək.

Donald Tramp bildirib ki, ABŞ-nin Suriya və İraqla əməkdaşlığı inkişaf edir və bu münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə yeni addımlar atılır.

ABŞ prezidenti həmçinin Tom Barraka indiyədək gördüyü işlərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.