Tramp Türkiyəyə gələcəyini açıqladı

Tramp Türkiyəyə gələcəyini açıqladı Dünya

ABŞ Prezidenti Donald Trump bu il Türkiyə və Çinə səfər edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Tramp səfərlərin dəqiq tarixini açıqlamayıb.

"Çoxlu səfərlər planlaşdırırıq. Türkiyəyə gedəcəyik. Həmçinin ilin müəyyən bir vaxtında yenidən Çinə səfər edəcəyik", – deyə ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, Çin Prezidenti Si Cinpin sentyabr ayında ABŞ-yə səfər edəcək.

"Prezident Si Cinpin sentyabrda bura gələcək. Biz isə daha sonra Çində keçiriləcək böyük bir konfrans üçün yenidən həmin ölkəyə gedəcəyik", – deyə o vurğulayıb. (Reuters)