Tramp Türkiyəyə səfər edəcək

Tramp Türkiyəyə səfər edəcək Dünya

ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

XİN başçısı Trampın NATO-nun sammitində iştirak edib-etməyəcəyi haqda suala "Bildiyimiz qədərilə, bəli, iştirak etməyi planlaşdırır" cavabını verib.

Fidan qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla bir neçə dəfə telefonla danışıb və ABŞ lideri hər dəfə sammitə qatılacağını qeyd edib.

"ABŞ müttəfiqlərinə müdafiə xərclərini artırmaq və öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımaq barədə davamlı təzyiq göstərir. Avropalılar bu mesajı alıblar, artıq NATO daxilində müdafiə büdcələrini artırmaq üçün addımlar atıblar. Liderlər bir araya gəldikdə əldə olunmuş irəliləyişi nəzərdən keçirəcəyik", - Fidan əlavə edib.