Tramp Ukraynadakı münaqişənin baş vermə səbəbini açıqladı

Tramp Ukraynadakı münaqişənin baş vermə səbəbini açıqladı Dünya

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başlamasına səbəb olan amillərdən biri kimi keçmiş prezident Co Baydenin Rusiyaya münasibətini göstərib.

News24.az xəbər verir ki, Tramp bu barədə “Gray Media” televiziya şirkətinə müsahibəsində danışıb.

“Bu müharibənin başlamasının səbəblərindən biri Baydenin nə etdiyini həqiqətən anlamadan Rusiyanı və hər kəsi lağa qoyması idi”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, Ukraynadakı münaqişə heç vaxt başlamamalı idi. O, prezident olduğu təqdirdə hadisələrin bu cür inkişaf etməyəcəyini də iddia edib.