Trampla Putin bu ölkədə görüşəcəklər - YENİLƏNİB

Trampla Putin bu ölkədə görüşəcəklər - YENİLƏNİB Dünya

Ağ Evdən Putin-Tramp telefon söhbətinin ilk təfərrüatları açıqlanıb. 

News24.az xəbər verir ki, məlumata görə, telefon danışığı məhsuldar keçib.

Qeyd edilib ki, gələn həftə Rusiya və ABŞ prezidentləri yüksək səviyyəli görüş keçirəcək.

Tramp ilk açqılamasında bildirib ki, görüş Macarıstanda baş tutacaq. 

*** 

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparır.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün sosial media hesabında bildirib.

“Söhbət davam edir, uzun söhbətdir. Onun məzmunu barədə mən də, Prezident Putin də danışıqlar başa çatdıqdan sonra məlumat verəcək” – deyə Donald Tramp vurğulayıb.