Tramp Xamenei ilə görüşmək istəyir
Dünya
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Müctəba Xamenei ilə görüşmək istədiyini bildirib.
News24.az xəbər verir ki, o, bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.
“Onunla görüşmək istərdim. Mən hamı ilə görüşmək istərdim. Hadisələrin necə inkişaf edəcəyindən asılı olaraq, yəqin ki, nə vaxtsa görüşəcəyik”, — deyə Ağ Evin rəhbəri qeyd edib.
Tramp əlavə edib ki, Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair danışıqlarla bağlı vəziyyət sürətlə inkişaf edir.
Onun sözlərinə görə, İran nüvə silahı hazırlamaqdan imtina edib və mümkün razılaşma nəticəsində çoxlu müsbət nəticələr əldə olunacaq.