Tramp yenidən Qarabağdan danışdı: “Putin bu münaqişəni həll etdiyimə inanmadı”

Tramp yenidən Qarabağdan danışdı: “Putin bu münaqişəni həll etdiyimə inanmadı” Dünya

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Amerika–Səudiyyə Ərəbistanı biznes forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan–Azərbaycan münaqişəsi barədə apardığı telefon danışığını xatırladıb.

News24.az xəbər verir ki, Tramp çıxışında Qarabağ məsələsindən danışaraq iki lider arasında baş tutan dialoqu açıqlayıb:

“Azərbaycan… Siz bilirsiniz orada nə baş verdi. Bu, uzun illər davam edirdi. Putin mənə zəng edib dedi: “Sənin bu münaqişəni həll etdiyinə inana bilmirəm. Biz illərdir bunu yoluna qoymağa çalışırdıq”. Mən isə ona belə dedim: “Narahat olma. Gəl mən sənin o lənətə gəlmiş müharibəni həll edim. Sənin yardımına ehtiyacım yoxdur. Mənə sənin müharibənlə bağlı kömək lazımdır”.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Qarabağ münaqişəsinin həllində ABŞ administrasiyasının rolunu vurğulayan açıqlamalar verib.