Trampa 321 brilyatla bəzədilmiş qızıl üzük hədiyyə edildi

Trampa 321 brilyatla bəzədilmiş qızıl üzük hədiyyə edildi Dünya

ABŞ Prezidenti Donald Trampa “Antverpen Dünya Almaz Mərkəzi” tərəfindən 321 təbii brilyantla bəzədilmiş qızıl üzük hədiyyə edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hədiyyə ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə hazırlanıb.

ADAM-nin prezidenti İsidor Mersel bildirib ki, ABŞ uzun illərdir mərkəzin ən mühüm ticarət tərəfdaşlarından biridir. Onun sözlərinə görə, Antverpendə satılan təbii almazların böyük hissəsi ABŞ-dəki zərgərlərə və istehlakçılara çatır və bu üzük məhz möhkəm iqtisadi əlaqələri simvolizə edir.

Məlumata görə, üzük qızıldan hazırlanıb, üzərinə 321 təbii brilyant və daha 75 digər qiymətli daş yerləşdirilib. Hədiyyə ABŞ-nin Belçikadakı səfiri Bill Uayta təqdim olunub.

Mərkəz xüsusi vurğulayıb ki, üzüyün hazırlanmasında yalnız təbii almazlardan istifadə edilib. Eləcə də qeyd edilib ki, təbii və süni almazları adi gözlə ayırd etmək mümkün olmasa da, onların mənşəyi, unikallığı, dəyəri və statusu baxımından ciddi fərqlər mövcuddur.